Türkiyə MN Azərbaycanı Milli Dirçəliş Günü münasibətilə təbrik edib

Turkiye MN Azerbaycani Milli Dircelis Gunu munasibetile tebrik edib
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə təbrik edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Nazirliyin “X” hesabında paylaşım edilib:

"37 il əvvəl milli dirçəliş ruhu ilə müstəqilliyə doğru yürüyən və Qarabağda böyük bir zəfər qazanan Azərbaycan türkü qardaşlarımızın Milli Dirçəliş Gününü təbrik edir, "Bir millət, iki dövlət" şüarı ilə hər zaman bir və bərabər olacağımızı bir daha bəyan edirik".