Zeferinfo.az UEFA-ya istinadən xəbər verir ki, İstanbuldakı "Rams Park"da baş tutacaq qarşılaşmanı slovakiyalı referi İvan Kruzlyak idarə edəcək.
Ona həmyerliləri Branislav Qanço və Yan Pozor kömək edəcəklər. Dördüncü hakim qismində isə Peter Kraloviç fəaliyyət göstərəcək.
Qeyd edək ki, Türkiyə - Macarıstan qarşılaşması martın 20-də, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.