Türkiyə İsrail-HAMAS müharibəsinin ildönümündə Azərbaycanda bayraqların yarıya endirildiyi barədə xəbərləri saxta adlandırıb

Bəzi sosial şəbəkə hesablarında 7 oktyabr - İsrail-HAMAS müharibəsinin ildönümü ilə əlaqədar Azərbaycanda bayraqların yarıya endirildiyi barədə paylaşımlar dezinformasiya xarakteri daşıyır.
Zeferinfo.az xəbər verir ki, bu barədə Türkiyə Dezinformasiya ilə Mübarizə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, bu cür əsassız iddialar Türk-İslam dünyasında həmrəyliyi zəiflətməyə, eyni zamanda, Fələstin xalqına qarşı davam edən soyqırımı kölgələməyə yönəlmiş planlı təbliğatın tərkib hissəsidir: “Rəsmi mənbələrdən təsdiqlənməyən məlumatlara inanılmaması və ictimaiyyətin yalnız etibarlı qurumların açıqlamalarına diqqət yetirməsi vacibdir”.
