Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində jurnalistlərlə görüş keçirilib

Türkiyə-Azərbaycan Media Platforması çərçivəsində əlaqələrin gücləndirilməsi məqsədilə, iqtisadiyyat sahəsində fəaliyyət göstərən bir qrup jurnalistlə görüş keçirilib.
Zeferinfo.az xəbər verir ki, Türkiyənin Azərbaycandakı Səfirliyinin mətbuat müşavirliyinin təşəbbüsü ilə keçirilən görüşdə birgə əməkdaşlıq, görülən tədbirlər, yeni tərəfdaşlıq istiqamətləri və biznes dairələri arasında əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.