Türk dövlətlərinin ortaq himni yaradılacaq

Turk dovletlerinin ortaq himni yaradilacaq

Türk Dövlətləri Təşkilatına (TDT) daxil olan ölkələrin ümumi himni yaradılacaq.

Türkiyə mətbuatının məlumatına görə, bunu layihənin rəhbərlərindən biri, professor Erhan Özden deyib.

O qeyd edib ki, himn yaxın vaxtlarda hazır ola bilər.

“Bəstəkar iştirakçı ölkələrin ümumi rəyi ilə seçiləcək”, – deyə Erhan Özden əlavə edib.

Onun sözlərinə görə, yürüşdə türk xalqının xüsusiyyətləri xarakterik söz və musiqi ilə ifadə olunacaq.

Layihə rəhbəri yaxın illərdə türk xalqlarının ortaq lüğətinin yaradılacağına da söz verib.

Xatırladaq ki, əvvəllər TDT ölkələrinin ortaq əlifbası yaradılmışdı.

Qeyd edək ki, Türk Dövlətləri Təşkilatına Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan və Özbəkistan daxildir. Macarıstan, Şimali Kipr və Türkmənistan təşkilatda müşahidəçi qismində təmsil olunur.