Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Bakıya gəlir

Türk Dövlətləri Təşkilatı Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Azərbaycana səfər edəcək.
Zeferinfo.az-ın əldə etdiyi məlumata görə, Türkiyənin sabiq baş naziri səfər çərçivəsində XII Qlobal Bakı Forumuna qatılacaq.
Qeyd edək ki, XII Qlobal Bakı Forumu martın 13-15-də keçiriləcək.