Turizm təyinatlı təşkilat rəhbərlərinin təşəbbüsü ilə Türkiyə səfirliyində görüş keçirilib

Turizm teyinatli teskilat rehberlerinin tesebbusu ile Turkiye sefirliyinde gorus kecirilib

May ayının 2 -də Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri, Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyasının Rəyasət Heyətinin üzvü, Ruslan Quliyev, “Turan Qastro Turizm Akademiyasının nümayəndələri – Tədris və Kulinariya şöbəsinin rəhbəri, PMF catering şirkətinin CEO- su Fırat Dursun , Turizm üzrə akademik məsləhətçimiz Skal İnternational Baku Klubunun prezidenti Ceyhun Aşurov Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Prof. Dr. Birol Akgünlə görüşüb. 

Turizm təyinatlı təşkilat rəhbərlərinin təşəbbüsü ilə səfirlikdə baş tutan görüşdə iki ölkə arasında son 10 il ərzində  turizm  və qonaqpərvərlik sahəsində mümkün əməkdaşlıq, həm Azərbaycanın, həm də Türkiyə turizminin bu istiqaməti üzrə malik olduğu potensial və bu potensialdan səmərəli istifadə məsələləri müzakirə olunub. 

Görüş zamanı həmçinin, turizm sahəsində həyata keçirilən təşəbbüslər, Türkiyə ilə potensial əməkdaşlıq imkanları və Turan Qastro Turizm Akademiyasının fəaliyyəti barədə ətraflı məlumat verilmişdir.

Hörmətli səfir Prof. Dr. Birol Akgün cənabları Sumqayıtda yerləşən mərkəzimizə dəvət olunmuşdur. Görüşdə iki qardaş ölkə arasında təhsil və turizm sahəsindəki strateji tərəfdaşlığın əhəmiyyəti vurğulanmışdır. Səfir iki ölkə arasında turizm sahəsində həyata keçiriləcək, layihələrə dəstək veriləcəyini əminlikdə ifadə etmişdir. Yeni təyin olunan səfirə işlərində müvəfdəqiyyətlər arzulanmışıdr.