Turizm sektorunun strateji gələcəyi Bakıda müzakirə edildi

Turizm sektorunun strateji geleceyi Bakida muzakire edildi
AHTTSA və SKAL International Baku-dan “2025–2026 Turizm Baxışı”
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası (AHTTSA) və SKAL International Baku-nun birgə təşkilatçılığı ilə 16 dekabr 2025-ci il tarixində Bakıda İllik Turizm Dəyərləndirilməsi adlı mühüm tədbir keçirildi. Tədbir paytaxtın nüfuzlu məkanlarından biri olan Qafqaz City Hotel-də baş tutdu.
Tədbir çərçivəsində təşkil olunacaq əsas panel müzakirəsinin mövzusu “2025-ci ilin Turizm Dinamikası və 2026-cı ilə Baxış” olacaq. Paneldə Azərbaycanın turizm destinasiyası kimi rəqabətqabiliyyətli mövqeyinin gücləndirilməsi, dəyər əsaslı turizm məhsullarının yaradılması, eləcə də təchizat (tədarük) dəyər zəncirində innovativ yanaşmaların tətbiqi məsələləri müzakirə edildi.
Dövlət və özəl sektor bir platformada
Panel müzakirəsində dövlət qurumlarının nümayəndələri, turizm assosiasiyaları, hotellər, turizm və aviaşirkətlər, sağlamlıq və termal turizm müəssisələri, eləcə də sahə üzrə ekspertlər iştirak etdi. Müzakirələr zamanı 2025-ci ilin turizm nəticələri təhlil olunacaq, qlobal və regional trendlər fonunda Azərbaycanın turizm bazarındakı mövqeyi qiymətləndirildi və 2026-cı il üçün strateji prioritetlər müəyyənləşdirildi.
Tədbirin açılışında SKAL International Baku klubunun prezidenti Ceyhun Aşurov, Qafqaz City Hotel-in baş direktoru Halil Duru, turizm sektorunun tanınmış nümayəndələri və AHTTSA rəhbərliyi çıxış etdi b
Panel müzakirəsinin moderatoru AHTTSA İdarə Heyətinin sədri Ruslan Quliyev oldu. Panelistlər sırasında:
•Doğan Tomris – Turan Qastro Turizm Mərkəzinin həmtəsisçisi
•Ariz Cəbrayılov – Baku Med Travel-ın təsisçisi, tibb və sağlamlıq turizmi üzrə ekspert
•Zöhrab Məmmədov – AJET Hava Yollarının Azərbaycan üzrə GSA təmsilçisi
•Nizami Həsənov – Aristokrat Travel şirkətinin regional turizm operatoru yer aldı.
Paneldən sonra qonaqlar üçün sual-cavab sessiyası, praktiki təkliflərin və real sektor problemlərinin müzakirəsi, eləcə də geniş şəbəkələşmə (networking) imkanı yaradıldı.
Məqsəd: rəqabətqabiliyyətli və dayanıqlı turizm
Tədbirin əsas məqsədi turizm sənayesində innovasiya, davamlılıq və sektorlararası əməkdaşlığın gücləndirilməsi yolu ilə Azərbaycanın beynəlxalq turizm bazarında rəqabət üstünlüyünün artırılmasına töhfə verməkdir. AHTTSA və SKAL International Baku bu təşəbbüslə turizm ictimaiyyəti üçün açıq dialoq platforması yaradaraq dövlət–özəl sektor əməkdaşlığının dərinləşdirilməsini hədəfləyir.
Sonda AHTTSA-nın yeni üzvlərinə sertifikatlar, əməkdaşlıq edən qurumlara təşəkkürnamələr və TQTA məzunlarına diplomlar təqdim edildi.