Turan Qastro Turizm Akademiyası və “Turizm Agenti” Kursları ilə bağlı Ruslan Quliyevlə müsahibə

Turan Qastro Turizm Akademiyasi ve “Turizm Agenti” Kurslari ile bagli Ruslan Quliyevle musahibe

Sual :

Ruslan bəy, Turan Qastro Turizm Akademiyasının yaradılması     hekayəsi necə yarandı və əsas məqsədləriniz nələrdir?

Cavab:
Hər şey bir xəyalla başladı əslində. İllərlə turizm sektorundayam və daim sektorun problemlərindən danışırdıq. Kvalifikasiyalı kadr çatışmazlığı, standart olmayan təhsillər, praktikaya əsaslanan öyrənmənin çatışmazlığı… Həmişə danışırdıq, amma artıq məsuliyyətə sahiblənmənin  vaxtı çatmışdı. Malik olduğum bilik və təcrübəni gənc nəsillərə ötürməliydim.Bu düşüncə ilə ortaqlarımla bir araya gəldik və dedik ki: “Artıq yalnız şikayət etməyək, həllin bir hissəsi olaq.” Məhz beləcə Turan Qastro Turizm Akademiyası doğuldu. Azərbaycanın turizm potensialını ən yaxşı şəkildə dəyərləndirə biləcək, beynəlxalq standartlara malik peşəkarlar yetişdirmək əsas məqsədimizdir.Turan Qastro Turizm Akademiyası Azərbaycanın turizm sahəsində peşəkar kadrlara olan ehtiyacdan doğdu. Məqsədimiz gənclərə və bu sahəyə marağı olan şəxslərə beynəlxalq standartlara uyğun bilik və bacarıqlar qazandırmaq, məşğulluğun təmin olunmasına və  eyni zamanda ölkəmizin turizm potensialının inkişafına töhfə verməkdir.

 Sual :

Akademiyanızda həyata  keçirilən Turizm Agenti kurslarının əsas istiqamətləri hansılardır?

Cavab:
Kurslarımız geniş proqram əsasında qurulub. Burada iştirakçılar əvvəlcə Turizmə giriş, səyahət sənayesinin tarixi və əsas prinsipləri ilə tanış olurlar. Daha sonra turizm məhsullarının təşkili, tur məkanları, paketlərin hazırlanması, rezervasiya sistemləri, müştəri ilə ünsiyyət və marketinq mövzularını öyrənirlər.

Sual :

Kurslarda nəzəri biliklərlə yanaşı praktiki məşğələlər də varmı?

Cavab:
Bəli, nəzəriyyə ilə yanaşı praktika bizim əsas üstünlüyümüzdür. Kurslarımızı hərtərəfli proqram üzərində qurmuşuq.Tələbələr real təcrübə günlərində, həmçinin simulyasiya təlimlərində turizm agentliyi şəraitində işləməyi öyrənirlər. Bundan əlavə, korporativ müştərilərlə iş, təhlükəsizlik və risk idarəetməsi, sosial media və onlayn marketinq üzrə də real nümunələr üzərində çalışırlar. Amma bizim fərqimiz yalnız nəzəri bilik verməməyimizdir. Hər mövzunu real iş həyatından nümunələrlə möhkəmləndiririk.

Sual  :

Bu kursları bitirən tələbələri gələcəkdə hansı imkanlar gözləyir?

Cavab:
Proqramı bitirən məzunlar turizm agentliklərində, tur-operator şirkətlərində, avia-bilet satış mərkəzlərində, mehmanxana və digər turizm müəssisələrində iş imkanı qazana bilirlər. Eyni zamanda, kursların sonunda onlar sertifikat əldə edirlər ki, bu da həm yerli, həm də beynəlxalq əmək bazarında onlara üstünlük verir. Çünki yalnız kağız üzərində sertifikat deyil, həqiqi bacarıqlarla təchiz olunmuş peşəkarlar olduqlarını sübut edir.

Sual :

Akademiyanın gələcək planları barədə nə deyə bilərsiniz?

Cavab:
Gələcəkdə alternativ turizm növləri – ekoturizm, kənd turizmi, qastronomiya turizmi üzrə ixtisaslaşmış proqramlar açmağı planlaşdırırıq. Bundan başqa, beynəlxalq təşkilatlarla əməkdaşlıq quraraq tələbələrimizin müxtəlif ölkələrdə staj keçmək imkanlarını artıqmaq və beynəlxalq turizm marşrutlarının yaradılmasında məzunlarımızın aktiv iştirakını təmin etməkdən ibarətdir. Xəyalım Azərbaycanın turizm xəritəsində daha güclü mövqeyə gəlməsi və bizim yetişdirdiyimiz peşəkarların bu uğurda rol oynamasıdır.

Sual :

Turizm sahəsində karyera qurmaq istəyən gənclərə hansı məsləhətləri verərdiniz?

Cavab:
Ən böyük məsləhətim daim öyrənməyə və yeniliyə açıq olmaqdır. Turizm sahəsi çox dinamik inkişaf edir. Texnologiyalar, rezervasiya sistemləri, marketinq üsulları hər il dəyişir. Kim ki, müştəri məmnuniyyətinə, ünsiyyət bacarığına və peşəkar yanaşmaya üstünlük verirsə, o mütləq uğur qazanacaq.