Trampın xüsusi elçisi: Azərbaycanla Ermənistan arasında fasiləsiz nəqliyyat əlaqəsi olacaq

Trampin xususi elcisi: Azerbaycanla Ermenistan arasinda fasilesiz neqliyyat elaqesi olacaq

“Prezident Trampın Azərbaycan və Ermənistanı bir araya gətirən tarixi sülh sammitindən sonra “Tramp Marşrutu” (TRIPP) layihəsinin təşviqini davam etdiririk”.

Zeferinfo.az xəbər verir ki, bu barədə Bişkekdə keçirilən B5+1 biznes forumunda ABŞ prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Serxio Qor deyib.

“Bu marşrut Mərkəzi Asiyadan Cənubi Qafqaz və Qərbə doğru fasiləsiz nəqliyyat əlaqələrini təmin edəcək. Bu, regionda güclü, qarşılıqlı əlaqədə olan iqtisadiyyatların qurulması və davamlı sülhün qorunması istiqamətində tarixi addımdır”, - o bildirib.

Qor qeyd edib ki, Tramp administrasiyası Mərkəzi Asiyaya xüsusi əhəmiyyət verir və əvvəlki administrasiyalardan fərqli olaraq, regionun strateji əhəmiyyətini tanıyır.

Back To Top