Tezliklə Ermənistan da Azərbaycana mal ixrac edəcək - Paşinyan
Zeferinfo.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan 25 dekabrda jurnalistlərlə söhbətində bildirib.
Onun sözlərinə görə, Ermənistan cəmiyyəti işləri çətinləşdirmək vərdişinə yiyələnib.
"Ermənistanla bağlı yeni hadisə baş verib və biz də öz münasibətimizi bildirməliyik. Biz buna müsbət yanaşırıq".
Paşinyan vurğulayıb ki, Qazaxıstandan, daha sonra Rusiyadan buğda idxalına qoyulan qadağa aradan qaldırılıb. O, Azərbaycan Prezidentinin qərarını müxtəlif məkanlarda dəfələrlə alqışladığını xatırladıb.
Paşinyanın sözlərinə görə, Ermənistandan əks istiqamətdə (Gürcüstan və Azərbaycandan tranzitlə - red.) qatar hərəkətinə də heç bir məhdudiyyət qoyulmayıb.
"Bəs niyə Ermənistandan qatarlar işləmir? Çünki hərəkətlərimizin məntiqi tək bir yük maşını çərçivəsində işləyir, qatarı yükləmək və müəyyən bir istiqamətə göndərmək müəyyən bir mürəkkəblikdir; müvafiq miqdarda malları bir yerdə cəmləşdirmək lazımdır", - deyə Ermənistanın Baş naziri qeyd edib.