Tərtərdə narkotik satışını həyata keçirən şəxs saxlandı
Tərtərdə narkotiklərin satışını həyata keçirən şəxsi polis saxlayıb.
Zeferinfo.az-ın xəbərinə görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş Nəbi Nəbiyev saxlanılıb.
Ondan 2 kiloqramdan artıq marixuana və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
N.Nəbiyevin İrandan qanunsuz yollarla gətirilən narkotiklərin Tərtər rayonu ərazisində satışını təşkil etmək istədiyi müəyyən edilib.