Tərtər Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən silah-sursatın aşkarlanması məqsədi ilə tədbirlər görülür.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Zeferinfo.az-a verilən məlumata görə, keçirilən tədbirlər nəticəsində rayonun Həsənqaya kəndi ərazisindən 2 "Kalaşnikov" avtomatı və 5 tüfəng tapılaraq götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.