Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb

Terterde bir ailenin 4 uzvu dem qazindan zeherlenerek olub
Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Zeferinfo.az-ın məlumatına görə, hadisə rayonun məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.