“Təmiz Dünya” sığınacağında 4-cü mərtəbədən düşən yeniyetmə qız ölüb

“Temiz Dunya” siginacaginda 4-cu mertebeden dusen yeniyetme qiz olub
Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.

Zeferinfo.az xəbər verir ki, hadisə noyabrın 19-da baş verib.

Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.

Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.