Zeferinfo.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.
Statistikaya əsasən açıq ümumölkə yerüstü televiziya yayımında keçən il ərzində efirdə olmuş proqramların janr bölgüsünə görə, 23,47 % informasiya və analitik proqramlar, 16,33 % musiqi və əyləncəli proqramlar, 15,90 % idman proqramları tutub.
13,45 % bədii filmlər və seriallar, 10,90 % reklam məzmunlu materiallar, 8,04 % mədəni-maarif janrında, 3,82 % anonslar, elanlar, 2,93 % sosial yönümlü proqramlar tutub.
Statistikaya görə, 2,89 % sənədli film və materiallar, 1,17 % sosial çarxlar, 1,10 % uşaq proqramları və cizgi filmlər olub.









