Açılış mərasimində layihə rəhbəri Lalə Qasımova, məktəbin direktoru Tünzalə Zeynalova və təlimçi Fərhad Abdulov çıxış edərək iştirakçılara uğurlar arzuladılar.
Layihənin məqsədi:
Layihənin məqsədi sülh mədəniyyəti üzrə təlim kursu və incəsənət təşəbbüsləri vasitəsilə şagirdlər arasında sağlam və faydalı münasibətlərin inkişaf etdirilməsidir.
Xatırladırıq ki, “ Təhsil üçün birlik, Birlik üçün incəsənət ” layihəsi, 53 №-li tam orta məktəbin direktor müavini Lalə Qasımova tərəfindən icra olunur və Azərbaycan İncəsənət Məktəbinin tərəfdaşlığı ilə həyata keçirilir. Təlimdə iştirak edən, aktyorluq bacarıqları olan şagirdlər yuxarıda qeyd olunan “Bir həyətin hekayəti” kitabından bir mövzunu seçərək səhnələşdirəcəkdir. Tamaşaının hazırlanması üçün rejissor tərəfindən hər məşq günü 4 saat olmaqla 10 gün məşqlər keçiriləcək. Hazırlanan kiçik tamaşa məktəbin 100 nəfər azyaşlı şagirdləri arasında 3 dəfə səhnələşdiriləcək.
Təlimlərdən sonra iştirakçılar sertifikatlarla mükafatlandırılacaq. Layihənin yenilikləri sosial şəbəkələrdə paylaşılacaq.