Təhsil tələbə krediti almaq istəyənlərin - Nəzərinə!

Tehsil telebe krediti almaq isteyenlerin - Nezerine!

Zeferinfo.az  xəbər verir ki,bu dövrdə müraciət sayının çoxluğunu nəzərə alaraq, təhsil tələbə kreditlərinə müraciət edən şəxslərə operativ dəstək göstərmək məqsədilə Fond tərəfindən yardım masası yaradılıb.

TTK müraciəti zamanı hər hansı çətinliklə qarşılaşan şəxslər hər iş günü saat 09:00-dan 18:00-a qədər Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi 34 ünvanında yerləşən ofisə yaxınlaşaraq əməkdaşlardan dəstək ala bilərlər.

Eyni zamanda, tələbələrin kredit müraciətlərinə dəstək üçün Fondun çağrı mərkəzi (146-5), WhatsApp və birbaşa əlaqə nömrələri vasitəsilə də müraciətlərinizə operativ dəstək göstərilir.

Çağrı Mərkəzi: (012) 599 12 02, 146-5

WhatsApp: 077 317 88 52, 077 317 88 53