Təhlükəsizlik şuralarının katibləri Moskvaya toplaşır
Sabah - noyabrın 7-də Moskvada Rusiya Federasiyası Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun sədrliyi ilə Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv dövlətlərin təhlükəsizlik şuraları katiblərinin 12-ci illik toplantısı keçiriləcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə Rusiya Federasiyası Təhlükəsizlik Şurasının saytındakı məlumatda bildirilib.
İclasda MDB-yə üzv dövlətlərin təhlükəsizlik şuralarının katibləri, MDB-nin baş katibi Sergey Lebedev və KTMT-nin baş katibi İmanqali Tasmaqambetov iştirak edəcək.