Təhlükə potensiallı obyektlərlə əlaqədar Koordinasiya Komissiyasının tərkibi genişləndirilib

Tehluke potensialli obyektlerle elaqedar Koordinasiya Komissiyasinin terkibi genislendirilib
 
Təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının təmin edilməsi sahəsində dövlət orqanlarının (qurumlarının) fəaliyyətinin əlaqələndirilməsi üzrə Koordinasiya Komissiyasının tərkibi genişləndirilib.

Zeferinfo.az-ın məlumatına görə, Prezident İlham Əliyev bununla bağlı Fərman imzalayıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Komissiyanın üzvləri sırasına daxil edilib.