TDT ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin ikinci iclası çərçivəsində Kommunike qəbul edilib

TDT aile meseleleri ve sosial siyaset sahesine mesul nazirlerinin ikinci iclasi cercivesinde Kommunike qebul edilib
Türk Dövlətləri Təşkilatının (TDT) ailə məsələləri və sosial siyasət sahəsinə məsul nazirlərinin və qurum rəhbərlərinin ikinci iclası çərçivəsində Kommunike sənədi qəbul edilib.

Zeferinfo.az xəbər verir ki, “Müasir cəmiyyətdə qadının rolu: dayanıqlı inkişaf və ənənəvi dəyərlər” mövzusunda keçirilən tədbirdə sənəd əvvəlcə səsə qoyulub, daha sonra isə TDT-yə üzv ölkələr tərəfindən təsdiq edilərək imzalanıb.