Bu barədə Zeferinfo.az-a federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Səfər çərçivəsində Pohang Taekvondo Federasiyası, Pohang İdmanlar Assosiasiyasının nümayəndələri ilə görüşlər keçirilib.
Görüşlərdə Azərbaycan Taekvondo Federasiyasının fəaliyyəti, beynəlxalq uğurları və inkişaf perspektivləri barədə məlumat verilib, tərəflər arasında birgə layihələr, təlim-məşq toplanışları və təcrübə mübadiləsi məsələləri müzakirə olunub.