Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında memorandum imzalandı - FOTO

Tacikistan ve Azerbaycan Milli kitabxanalari arasinda memorandum imzalandi - FOTO

Mayın 21-də Düşənbədə Tacikistan və Azərbaycan Milli kitabxanaları arasında əməkdaşlığa dair memorandum imzalanıb.

Bu barədə Zeferinfo.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Sənədi Tacikistan Milli Kitabxanasının direktoru  Cumaxon Farzalizoda və Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov imzalayıblar.

Memoranduma əsasən, iki ölkənin Milli kitabxanaları arasında qarşılıqlı fəaliyyət və kitab mübadiləsi həyata keçiriləcək.

Eləcə də bu fəaliyyətin bir hissəsi kimi Tacikistanın və Azərbaycanın görkəmli şəxslərinin yubiley tədbirlərinin keçirilməsi də nəzərdə tutulub.