Şuşanı ziyarət etmiş ilk İsrail səfiri olmaq mənim üçün böyük şərəfdir - Corc Dik

Susani ziyaret etmis ilk Israil sefiri olmaq menim ucun boyuk serefdir - Corc Dik
Mənim üçün Şuşa şəhərini ziyarət etmiş və onun əzəmətini şəxsən görmüş ilk İsrail səfiri olmaq böyük şərəfdir.

Zeferinfo.az xəbər verir ki, bunu diplomatik missiyasını başa vurması münasibətilə keçirdiyi brifinqdə İsrailin Azərbaycandakı səfiri Corc Dik bildirib.

“Mən dağılmış Füzulidə oldum, Şərqi Zəngəzurun şəfalı qaynaqlarını, şəhərdə gedən bərpa işlərini, Zəngilan rayonunun gözəl təbiəti olan Ağalı kəndini, həmçinin, Laçın dağlarının füsunkar mənzərələrini gördüm”, - deyə o bildirib.

Diplomat Azərbaycanın işğaldan azad olunan ərazilərdə bərpa işləri üzrə göstərdiyi səylərə hörmət ifadə edib və Bakı ilə Təl-Əviv arasında möhkəm ikitərəfli münasibətlərin olmasını vurğulayaraq, ölkəni bu tarixi nailiyyət münasibətilə təbrik edib.