Suriyada tələbə yataqxanasının ərazisi atəşə tutulub, ölənlər var
Suriyada tələbə yataqxanasının ərazisi atəşə tutulub, ölənlər var.
Zeferinfo.az xəbər verir ki, bu barədə “SANA” məlumat yayıb.
Məlumata görə, Hələb Universitetinin tələbə yataqxanasının ərazisinin “terrorçu qrupları” tərəfindən atəşə tutulması nəticəsində ikisi tələbə olmaqla, dörd mülki şəxs həlak olub.