Suqovuşanda eyvandan yıxılan 3 yaşlı uşaq ölüb

Suqovusanda eyvandan yixilan 3 yasli usaq olub
Ağdərə rayonunun Suqovuşan kəndində azyaşlı yaşadığı binanın eyvanından yıxılaraq ölüb.

Zeferinfo.az-ın məlumatına görə, 2022-ci il təvəllüdlü Ağazadə Ömər Elməddin oğlu Suqovuşanda binanın 5-ci mərtəbəsində oynayarkən eyvandan yıxılıb.

Azyaşlı Tərtər Rayon Mərkəzi Xəstəxanasına aparılarkən dünyasını dəyişib.