Süni intellekt və rəqəmsal loyallıq sistemləri investor marağının mərkəzindədir — Fuad Heydərli

Suni intellekt ve reqemsal loyalliq sistemleri investor maraginin merkezindedir — Fuad Heyderli

Son illərdə qlobal miqyasda İT və süni intellekt (AI) sahələrinə maraq sürətlə artır.

Bu barədə Finss.az-a açıqlama verən "Recepta" şirkətinin Baş direktoru Fuad Heydərli bildirib ki, texnologiya yönümlü startaplara, xüsusən də rəqəmsallaşma və innovativ həllər təklif edən platformalara investor marağı yeni səviyyəyə yüksəlib:
“Hal-hazırda İT və süni intellekt sahələrinə maraq sürətlə artır. Rəqəmsallaşma proseslərinin genişlənməsi həm lokal, həm də beynəlxalq səviyyədə innovativ texnoloji həllərə olan tələbatı əhəmiyyətli dərəcədə yüksəldib.”
Direktor qeyd edib ki, bu kontekstdə fəaliyyət göstərən SANDIQ tətbiqi müasir rəqəmsal loyallıq platforması kimi istifadəçilərə həm rahatlıq, həm də əlavə dəyər qazandırır:
“Bu kontekstdə fəaliyyət göstərən SANDIQ tətbiqi istifadəçilərə həm rahatlıq, həm də əlavə dəyər qazandıran müasir rəqəmsal loyallıq platforması kimi fərqlənir. Platforma vasitəsilə istifadəçilər bir çeklə eyni anda ƏDV-ni geri ala və lotereyada iştirak edə bilirlər.”
F.Heydərli vurğulayıb ki, SANDIQ tətbiqinin əsas fəlsəfəsi “Hər çek bir qazancdır!” prinsipinə əsaslanır:
""Hər çek bir qazancdır!" prinsipi ilə fəaliyyət göstərən SANDIQ tətbiqi, gündəlik alış-veriş vərdişlərini daha maraqlı və faydalı təcrübəyə çevirir. Sadəcə çekləri skan etməklə istifadəçilər lotereyada iştirak edə və dəyərli hədiyyələr qazana bilirlər."
O, əlavə edib ki, tətbiq yalnız loyallıq aləti deyil, həm də şəxsi maliyyə idarəçiliyini asanlaşdıran bir texnoloji vasitədir:
“Bundan əlavə, tətbiq bütün çekləri bir məkanda toplamağa, xərcləri izləməyə və şəxsi maliyyəni asanlıqla idarə etməyə imkan yaradır. Bu da istifadəçilərə həm vaxt, həm də idarəetmə baxımından üstünlük qazandırır.”
F.Heydərli qeyd edib ki, SANDIQ-un inkişaf strategiyasında istifadəçi yönümlülük və texnoloji innovasiya əsas prioritetlərdəndir:
“SANDIQ-un əsas prioritetləri:
• Bir çek – iki qazanc: Eyni zamanda ƏDV-nin geri qaytarılması və lotereyada avtomatik iştirak imkanı.
• Maliyyə rahatlığı: Bütün çeklərin arxivləşdirilməsi və xərclərin izlənməsi imkanı.
• İstifadəçi yönümlü yanaşma: Sadə interfeys və funksional imkanlarla şəxsi büdcəyə nəzarətin asanlaşdırılması.”

Şirkət rəhbərinin sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı ilə paralel olaraq, bu sahədəki startaplar da investorların diqqət mərkəzindədir:
“Texnologiyanın inkişafı ilə paralel olaraq, süni intellekt (AI) əsaslı həllər də diqqət mərkəzindədir. Avtomatlaşdırma, data analizi və generativ sistemlər kimi sahələrdə tətbiq edilən AI həlləri böyük investor marağına səbəb olur və hazırda ən çox investisiya cəlb edən istiqamətlərdən birinə çevrilib.”
Ekspertin fikrincə, AI əsaslı platformalar, data analitikası, rəqəmsal loyallıq sistemləri və maliyyə texnologiyaları yaxın illərdə həm lokal, həm də beynəlxalq bazarda prioritet startap istiqamətləri olaraq qalacaq.