Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib, ADNSU-ya rəhbər təyin edilib

Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.
Digər Sərəncamla R.Əzizov Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru təyin edilib.