Sülhməramlılar Qarabağı tam tərk etdi - VİDEO
Vətən Müharibəsindən sonra Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya Federasiyasının sülhməramlı kontingentinin ölkəmizin ərazisindən çıxarılması prosesi iyunun 12-də başa çatıb.
Bu barədə Zeferinfo.az-a Müdafiə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, sülhməramlı kontingentin şəxsi heyəti, silah və texnikası Azərbaycan ərazisini tam tərk edib.