Suçiçəyi xəstəliyinə yoluxanların sayında azalma müşahidə olunur - Səhiyyə Nazirliyi

Suciceyi xesteliyine yoluxanlarin sayinda azalma musahide olunur - Sehiyye Nazirliyi

Ötən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinə yoluxanların sayında azalma müşahidə olunur.

Bu barədə Zeferinfo.az-ın  sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən məlumat verilib.

"Ölkə üzrə qızılcaya yoluxma halları qeydə alınmayıb. Dövlət tibb müəssisələrində qızılca xəstəliyinə qarsı QPM (qızılca, parotit, məxmərək) vaksinindən 10 yaşa qədər uşaqlar üçün, o cümlədən 10 yaşdan yuxarı uşaqlar və böyüklər üçün isə QM (qızılca, məxmərək) vaksinindən istifadə olunur.

Onu da qeyd edək ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinə yoluxanların sayında azalma müşahidə olunur",- deyə məlumatda qeyd edilib.