Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib - SƏRƏNCAM

Strateji Obyektlerin Muhafizesi Dovlet Agentliyine yeni reis teyin edilib - SERENCAM
Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinə yeni rəis təyin edilib.

Zeferinfo.az-ın  məlumatına görə, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə bu vəzifəyə Sərdar Süleyman oğlu Səfərov gətirilib.

Dövlət başçısının digər Sərəncamı ilə Sərdar Səfərova general-mayor rütbəsi verilib.

Qeyd edək ki, Prezidentin bundan əvvəlki imzaladığı sənədə əsasən, İlqar Rza oğlu Abbasov Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib.