Spiker: Ermənistanda seçkilər bu həftə keçirilərsə, hakim partiya 50 %-dən çox səs toplayacaq

Spiker: Ermenistanda seckiler bu hefte kecirilerse, hakim partiya 50 %-den cox ses toplayacaq
 

Ermənistanda parlament seçkiləri bu həftə keçirilərsə, hakim "Vətəndaş müqaviləsi" partiyası 50 %-dən çox səs toplayacaq.

Zeferinfo.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu fikri ölkə parlamentinin sədri Alen Simonyan səsləndirib.

"Sorğular da göstərir ki, hakim partiya birinci yerdədir və əhali tərəfindən daha çox dəstəklənir... Əminəm ki, əgər seçkilər bu cümə günü keçirilərsə, "Vətəndaş müqaviləsi" 50 %+ səs toplayaraq qalib gələcək", - A.Simonyan bildirib.

Onun sözlərinə görə, 2026-cı ildə keçiriləcək parlament seçkilərində hakim partiyaya dəstək böyük ehtimalla daha çox olacaq.