Şoyqu: Cənubi Qafqazda "3+3" formatını bərpa etmək vacibdir
Zeferinfo.az Rusiya KİV-inə istinadən xəbər verir ki, bunu ölkənin Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələrinin Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib.
"Regional məşvərət qrupunun, "3+3" platformasının işini bərpa etmək vacibdir. Regionda nəqliyyat kommunikasiyalarının açılması böyük əhəmiyyət kəsb edir, üçtərəfli işçi qrupu çərçivəsində bununla bağlı razılıq əldə olunmuşdu", - o deyib.