“Sonsuz qardaşlıq - IV” çoxmillətli birgə xüsusi təyinatlı qüvvələr təlimi davam edir

Ölkəmizdə Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyə xüsusi təyinatlılarının iştirakı ilə keçirilən "Sonsuz qardaşlıq - IV" çoxmillətli birgə təlimi davam edir.
Bu barədə Zeferinfo.az-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Birgə təlimdə atəş, paraşüt, snayper, eləcə də yaşayış məntəqəsinin düşməndən təmizlənməsi mövzularına dair təlim-döyüş tapşırıqları üzrə fəaliyyətlər uğurla yerinə yetirilir.
Xüsusi təyinatlılar hazırlıq mərhələsində qarşıya qoyulan tapşırıqların icrası zamanı yüksək peşəkarlıq nümayiş etdirirlər.
