Son bir ayda 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib, yoxlama aparılacaq
Ötən ilin dekabr ayının 27-dən bu günə qədər 82 plastik cərrah sənədlərini Səhiyyə Nazirliyinə təqdim edib.
Zeferinfo.az xəbər verir ki, bu barədə nazirlik məlumat yayıb.
Məlumata görə, Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası daxil olan sənədləri onları təqdim edən şəxslərin iştirakı ilə fərdi qaydada yoxlayacaq.
Bildirilib ki, yekun nəticələr barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
Qeyd edək ki, sənədlərini təqdim etməyən plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmağa buraxılma barədə şəhadətnamə və ya sertifikasiya şəhadətnaməsi ləğv olunmuş hesab edilir.