“Solo gənclik” layihəsinin növbəti konserti keçiriləcək
“İRƏLİ” İctimai Birliyi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi davam edir.
Zeferinfo.az xəbər verir ki, layihə çərçivəsində növbəti konsert fevralın 7-si, saat 15:00-da Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində gənc skripka ifaçısı Bayram Şahvələdov və gənc gitara ifaçısı Kamran Əhmədovun iştirakı ilə baş tutacaq.
Layihənin başlıca məqsədi gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.
Qeyd edək ki, Bayram Şahvələdov Niyazi adına 22 nömrəli Uşaq Musiqi Məktəbində, Asəf Zeynallı adına Bakı Musiqi Kollecində, daha sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb. Bir çox konsertlərdə və yerli müsabiqələrdə iştirak edib.
Kamran Əhmədov isə ilk musiqi təhsilini Rusiyanın Prokopyevsk şəhərində 10 nömrəli Uşaq Musiqi Məktəbində alıb. Daha sonra isə Dmitriy Xvorostovskiy adına İncəsənət Kollecində və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirib.
İştirak etmək üçün linkə keçid edəbilərsiniz: https://surl.li/rffwpy