Şokaladın içində qızıl keçirmək cəhdinin qarşısı alındı

Sokaladin icinde qizil kecirmek cehdinin qarsisi alindi

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları şokaladların içərisində gizlədilən qızılın gömrük sərhədindən keçirilməsinə cəhdin qarşısını alıb.

Bu barədə Zeferinfo.az-a Dövlət Gömrük Komitəsindən məlumat verilib.

Bildirilib ki, Bakı–İstanbul aviareysi ilə gedən Azərbaycan Respublikası vətəndaşına məxsus çamadan gömrük nəzarət zonasından keçərkən monitorda şübhəli təsvirlər müşahidə edilib.

Yoxlama zamanı ona məxsus əl yükündəki 32 ədəd şokaladın içərisindən, qırıntı şəklində hopdurulmuş, ümumilikdə 240 qram qızıl aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.