SOCAR Liviya ilə treydinq üzrə əməkdaşlıq imkanlarını müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf Liviyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ali Salem Naser ilə treydinq və hasilat layihələri üzrə əməkdaşlıq imkanlarını müzakirə edib.
Zeferinfo.az SOCAR-a istinadən xəbər verir ki, görüşdə Azərbaycan ilə Liviya arasında enerji sektorunda əlaqələrin inkişaf etdirilməsinin önəmi qeyd olunub.
"Bu xüsusda, SOCAR ilə Liviyanın Milli Neft Şirkəti arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi istiqamətində müzakirələrin aparıldığı vurğulanıb. Söhbət zamanı treydinq və hasilat layihələri üzrə əməkdaşlıq imkanları müzakirə olunub, qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb", - məlumatda qeyd olunub.