Sloveniya XİN rəhbəri Azərbaycanla Ermənistanı sülh sazişini tez zamanda imzalamağa çağırıb

Sloveniya BMT Nizamnaməsinə hörmət bəsləyən bir dövlətdir.
Zeferinfo.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında Sloveniya Respublikasının xarici işlər naziri Tanya Fayon deyib.
Nazir Azərbaycana səfərim çox vaxtında etdiyini bildirib: “Cənab Prezidenti və cənab nazir mənə regiondakı vəziyyətlə bağlı məlumat verdilər. Xüsusilə sülh sazişi ilə bağlı məlumat aldım. Hər iki ölkə arasında sülhün bərqərar olmasında biz maraqlıyıq. Mən sülh sazişinin mətninin yekunlaşdırılmasını alqışlayıram, hər iki tərəfi sülh sazişini tez zamanda imzalamağa dəvət edirəm. Bu sazişin mühüm əhəmiyyəti olacaq - həm regiona, həm digər dövlətlərə. Sülh sazişi imzalanandan sonra Mərkəzi Asiya və Avropanı, Şərqlə Qərbi birləşdirmək baxımından çox mühüm töhfələri olacaq”.