Sloveniya xarici işlər naziri Azərbaycana səfər edəcək

Sloveniya Baş nazirinin müavini, xarici işlər naziri Tanya Fayon Azərbaycana səfər edəcək.
Zeferinfo.az xəbər verir ki, bu barədə Sloveniya xəbər agentliyi (STA) məlumat yayıb.
Sloveniya xarici işlər naziri 15-16 aprel tarixində Ermənistana, 17 aprel tarixində isə Azərbaycana səfər edəcək.
Bildirilib ki, Bakıda aparılacaq müzakirələr enerji sahəsində əməkdaşlığa fokuslanacaq.