Şirvan sakinindən 1 kiloqrama yaxın marixuana aşkarlanıb

Sirvan sakininden 1 kiloqrama yaxin marixuana askarlanib

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirdikləri növbəti əməliyyat zamanı şəhər sakini Yusif Əliyev saxlanılıb.

Zeferinfo.az-ın əldə etdiyi məlumata görə, ondan 1 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.