Simonyan Paşinyanla bağlı dediklərinə görə Hakan Fidana təşəkkür etdi
Ermənistan parlamentinin sədri Alen Simonyan Türkiyə xarici işlər naziri Hakan Fidanın açıqlamasına münasibət bildirib.
Zeferinfo.az xəbər verir ki, bu barədə o, brifinqdə danışıb.
“Sülh yolunu seçən Ermənistan cəmiyyətinin əksəriyyətini və TRIPP çərçivəsində ticarəti inkişaf etdirmək çağırışlarını dəstəkləyən Türkiyə xarici işlər naziri və bölgədəki bütün tərəfdaşlarımıza təşəkkür edirəm”, - spiker deyib.
Hakan Fidan yanvarın 15-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, Ermənistanda 2026-cı ilin iyun ayında seçkilər keçiriləcək və bu proses sülh üçün mühüm mərhələ olacaq:
“Gördüyümüz budur ki, Ermənistan Baş naziri Nikol Paşinyan hazırda ictimai rəy sorğularında liderdir. Onun səmimi şəkildə bu məsələdə göstərdiyi konstruktiv rolunu yüksək qiymətləndiririk. Bu yanaşma, bu iradə davam etdirilməlidir”.