Simonyan Moskvada Lavrovla danışıqlar aparacaq

Simonyan Moskvada Lavrovla danisiqlar aparacaq

Ermənistan parlamentinin spikeri Alen Simonyan 5-6 fevral tarixlərində Rusiyaya planlaşdırılan rəsmi səfəri çərçivəsində xarici işlər naziri Sergey Lavrovla görüşməyi planlaşdırır.

Zeferinfo. az xəbər verir ki, o, səfərin Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun dəvəti ilə baş tutacağını xatırladıb.

“Əlbəttə, onunla (Matviyenko) görüşəcəyəm və Rusiya xarici işlər naziri ilə görüş planlaşdırılır. Hələlik bu qədər, amma başqa görüşlər də ola bilər”, - Simonyan qeyd edib.