Simonyan: Ermənistanla Azərbaycan arasında nəzərəçarpacaq irəliləyiş qeydə alınıb
Zeferinfo.az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan parlamentinin spikeri Alen Simonyan İrəvanda keçirilən Avronest Parlament Assambleyasının 12-ci plenar iclasında bildirib.
Onun sözlərinə görə, bunu Ermənistan və Azərbaycan liderlərinin 8 avqust 2025-ci il tarixində Vaşinqtonda ABŞ Prezidentinin iştirakı ilə imzaladıqları birgə bəyannamə sübut edir: “Elə həmin gün iki ölkənin xarici işlər nazirləri də sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin mətnini parafladılar. Bəyannamənin qəbul edilməsi və sülh sazişinin paraflanması göstərir ki, sülh artıq qurulub”.
Simonyan vurğulayıb ki, Vaşinqtondakı görüşün yekunlarına əsasən, Ermənistan "Tramp marşrutu” təşəbbüsünün həyata keçirilməsində ABŞ və razılaşdırılmış üçüncü tərəflərlə əməkdaşlığı davam etdirəcək.