Simonyan 44 günlük müharibə ilə bağlı hesabatı sessiya gündəliyinə daxil etməkdən imtina edib

Simonyan 44 gunluk muharibe ile bagli hesabati sessiya gundeliyine daxil etmekden imtina edib

Ermənistan parlamentinin sədri Alen Simonyan sentyabrın 30-da başlayacaq parlamentin qarşıdan gələn sessiyasının gündəliyinə 44 günlük müharibə ilə bağlı komissiyanın hesabatını daxil etməkdən imtina edib.

Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan KİV-i məlumat yayıb.

O, imtinasını komissiya işinin nəticələrinin dərc olunması üçün qanunla nəzərdə tutulmuş bütün müddətlərin keçdiyini və parlamentin reqlamentinə görə sənədi sessiya gündəliyinə daxil etmək hüququnun olmadığını bildirməklə izah edib.

Komissiya 2022-ci ilin fevralında hakim çoxluğun (Vətəndaş Müqaviləsi fraksiyası) təşəbbüsü ilə yaradılıb.