Seyran Ohanyanın oğlunun cinayət işi məhkəməyə göndərilib

Ermənistanda 44 günlük müharibə ilə bağlı daha bir cinayət işi məhkəməyə göndərilib.
Zeferinfo.az xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, N saylı hərbi hissənin komandiri polkovnik Artur Ohanyan 6-7 oktyabr 2020-ci il tarixlərində xidməti vəzifələrinin icrasına vicdansız münasibət göstərib, onları düzgün yerinə yetirməyib və bu, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.
Artur Ohanyan Lələtəpə istiqamətində əks-hücum zamanı səhlənkarlıqda, hərbi qanunların tələblərini pozmaqda təqsirli bilinir.
Eyni hərbi hissənin başqa bir batalyon komandiri, polkovnik-leytenant G. M. da Artur Ohanyanla birlikdə ittiham olunur.
Onlar cinayət məcəlləsinin müxtəlif maddələr üzrə ittiham edilirlər.
Qeyd olunub ki, polkovnik Artur Ohanyan sabiq müdafiə naziri, deputat Seyran Ohanyanın oğludur.