Şərurlu İsfəndiyarın növbəti məhkəmə prosesi keçirilib
“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) barəsində xüsusi ittiham qaydasında verilən şikayət üzrə məhkəmə prosesi davam edib.
Zeferinfo.az xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə vəkil Asim Abbasov məhkəməyə elektron qaydada təqdim etdiyi vəsatəti səsləndirib.
Vəkil bildirib ki, mütəxəssis rəyində yeyinti sözü yazılsa da, cinayət predmeti kimi Cinayət Məcəlləsinin müvafiq maddələrində əks olunsa da, iş üzrə tənqidi hal kimi yanaşılıb.
Həmçinin vəkil əlavə edib ki, AMEA-nın Dilçilik İnstitutunun direktoru Ramiz Mehdiyevin vəzifədə olan zaman təyin edilib. Bu da ona əsas verir ki, rəy qərəzlidir. Rəyin sübutlar siyahısından çıxarılmasını xahiş edirəm.
Müdafiə tərəfin vəkili Ülvi Nəsibli bildirib ki, Bir az da keçsə, Emil Səməndərovu da Ramiz Mehdiyevlə əlaqələndirəcəklər.
Vəkil Şahbaz Kərimli məhkəməyə bildirib ki, sübut mötəbər olmalıdır. Ramiz Mehdiyev və İsfəndiyar Axundov arasında əlaqə olmayıb.
Təqsirləndirilən İsfəndiyar Axundov bildirib ki, Ramiz Mehdiyevlə əlaqəsi yoxdur. Və onunla əlaqəsi olan şəxslər cəzalanacaq.
Vəkil əlavə edib ki, məhkəmə istintaqı zamanı həm təqsirləndirilən şəxs özü, həm də övladı bizimlə danışıqlara gedib və razılaşma ilə bağlı zənglər edib.
Məhkəmə rəyin sübutlar siyahısından çıxarılması ilə bağlı vəsatəti baxılmamış saxlayıb.
Həmçinin məhkəmə əvvəlki prosesdə vəkil Asim Abbasovun rəyi verən mütəxəssisin dindirilməsi ilə bağlı verdiyi vəsatəti təmin etməyib.
Daha sonra sənədlər tədqiq edilib.
Sənədlərin tədqiqi bitdikdən sonra məhkəmə istintaqını yekunlaşıb.
Xüsusi ittiham qaydasında iddia qaldıran Emil Səməndərovun vəkili çıxış üçün vaxt istəyib.
Məhkəmənin növbəti prosesi 22 dekabra təyin edilib.
Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress 2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə, İsfəndiyar Axundov müsahibələrindən birində Emil Səməndərovu dələduz kimi təqdim edib.