Sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib
![Sertifikasiya imtahanindan kecmediyi ucun 5000-e yaxin muellimin isine xitam verilib](https://zeferinfo.az/uploads/2025/02/3-944.jpg)
İndiyə qədər, ümumilikdə, sertifikasiya imtahanından keçmədiyi üçün 5000-ə yaxın müəllimin işinə xitam verilib.
Zeferinfo.az xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, bu il sertifikasiyaya 22000 müəllim cəlb olunacaq.