Qonaqlar “ASAN xidmət” mərkəzinin, 108 Çağrı Mərkəzinin və ASAN TV/Radionun fəaliyyəti ilə də tanış olublar.
Həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin müxtəlif struktur bölmələri tərəfindən təqdimatlar edilib.
Xatırladaq ki, nümayəndə heyəti Dövlət Agentliyinin dəvəti əsasında ölkəmizdə səfərdə olub.
Səfər çərçivəsində 3 iyun tarixində tərəflər arasında Anlaşma Memorandumu imzalanıb. Memorandum “ASAN xidmət” təcrübəsinin Seneqal Respublikasında tətbiqini, eləcə də seneqallı dövlət qulluqçuları üçün “ASAN xidmət” mərkəzlərində təcrübə proqramlarının təşkilini, həmçinin Dövlət Agentliyinin ekspertləri tərəfindən dövlət xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübənin Seneqal tərəfi ilə paylaşılmasını nəzərdə tutur.
Nümayəndə heyətinin ölkəmizə səfəri başa çatıb.