Şəmkirdə yol qəzası olub, ölən və xəsarət alan var

Semkirde yol qezasi olub, olen ve xesaret alan var

Şəmkirdə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Zeferinfo.az xəbər verir ki, rayonun İrmaşlı kənd sakinləri, 1992-ci il təvəllüdlü Rüstəmli Vüsal Zöhrab oğlunun idarə etdiyi "VAZ"-2110 və Şiştəpə kənd sakini, 1991-ci il təvəllüdlü Hüseynov Orxan Qoşqar oğlunun idarə etdiyi "Mitsubishi" markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində "VAZ"-2110-un sürücüsü ölüb, sərnişini, 2020-ci il təvəllüdlü Rüstəmli Adəm Vüsal oğlu xəsarət alıb.

Fakt araşdırılır.